İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Xətai, Suraxanı, Nizami rayonunda, Sumqayıt şəhərində, Goranboy, Şirvan, Yevlax, Kürdəmir, Şamaxı, Masallı, Şəki, Zaqatala, Ağdam rayonunda yerləşən mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:
Bakının Xətai rayonunda
- General Şıxlinski küçəsi, 39B ünvanında Nicat Seyidməmmədova məxsus mağazada;
Suraxanı rayonunda
- Günəşli qəsəbəsi, "Q” yaşayış sahəsi, 7 ünvanında Aqşin İbadova məxsus mağazada;
Nizami rayonunda
- Q.Qarayev prospekti, 74 ünvanında Solmaz Xudatovaya məxsus "Mimino” restoranında;
- R.Rüstəmov küçəsi, 2404 ünvanında Kəklik Məmmədovaya məxsus "Kometa” restoranında;
Sumqayıt şəhərində
- H.Əliyev prospekti, 22-ci məhəllə, 8A-2 ünvanında Samirə Məmmədovaya məxsus mağazada;
- 6-cı mikrorayon, 1 ünvanında Rəşid Ələkbərova məxsus "Halal Süfrə” kafesində normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Goranboy rayonunda
- Xanqərvənd kəndində Mübariz Rüstəmova məxsus mağazada;
Şirvan şəhərində
- İ.Qayıbov küçəsi, 25 ünvanında Minəbəyim Məmmədovaya məxsus mağazada;
- T.İsmayılov küçəsində Tapdıq Əliyevə məxsus mağazada;
Yevlax rayonunda
- Xaldan kəndi, H.Əliyev prospektində Gülbala Bədəlova məxsus mağazada;
Kürdəmir rayonunda
- Sığırlı kəndində Amal Əhmədova məxsus mağazada;
Şamaxı rayonunda
- Sabir qəsəbəsində Ramal Dəmirova məxsus mağazada;
Masallı rayonunda
- Qızılavar kəndində Xaliq Sadıqova məxsus mağazada;
Şəki şəhərində
- 20 Yanvar küçəsində Şərafət İsmayılovaya məxsus mağazada;
Zaqatala rayonunda
- Yuxarı Tala kəndində Elçin Kərimova məxsus mağazada;
Ağdam rayonunda
- Mahrızlı kəndində Azər Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
.
