2022-ci ildə dünyada işsizlərin sayı 207 milyon nəfərə çatacaq ki, bu da pandemiyayaqədərki 2019-cu illə müqayisədə 21 milyon nəfər çoxdur.

Bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, koronavirusun "delta" və "omikron" ştamları qlobal əmək bazarına öz mənfi təsirlərini davam etdirir. Eyni zamanda, pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik də qalmaqdadır

Ekspertlər yüksək işsizlik səviyyəsinin azı 2023-cü ilədək davam edəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2019-cu ildə dünyada işsizlərin sayı 186 milon nəfərə bərabər idi.

.