Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, növbəti 2 ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.

Qeyd olunub ki, "Böyük qayıdış" birinci Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun 5 kəndindən 3-də köç təmin olunur. Paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək: “2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşacaq və əhalinin köçürülməsi təmin ediləcək".

.