Böyük Britaniyada “RAF Fairford” aviabazasına planlaşdırılan hücumla bağlı daha bir nəfər həbs edilib.
22 yaşlı Britaniya vətəndaşı Londonun mərkəzində terror hücumları törətməyə hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl sözügedən aviabazada yerləşən ABŞ bombardmançı təyyarələrinə hücum planlaşdırmaqda günahlandırılan 6 nəfər həbs edilib, onlar təhqiqat yekunlaşana qədər şərti azadlığa buraxılıb.
ABŞ potensial təhlükə ilə əlaqədar olaraq, bombardmançı təyyarələri bazadan çıxarıb.
.
