“Brave Night” quru yük gəmisinin sınması səbəbindən Bosfor boğazında gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, gəmi Sultan Səlim Yavuz körpüsünün şimal hissəsi yaxınlığında sıradan çıxıb.

Gəmi Türkiyənin Tekirdağ şəhərindən Rumıniyaya gedirdi.

“KURTARMA-8” yedək gəmisi və “KEGM-6” qayığı hadisə yerinə göndərilib.

.