BMT-nin Qaziantepdəki Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin koordinasiya qrupunun rəhbəri - Kanada vətəndaşı Maykl Krift Türkiyənin mərkəzində yerləşən “Erciyes” xizək kurortunda baş verən təbii fəlakət nəticəsində dünyasını dəyişib.

Bu barədə “Hürriyet” məlumat yayıb. 45 yaşlı kanadalı xizək sürərkən qar uçqunu altında qalıb.

Onun dostları xilasediciləri köməyə çağırsa da, onlar hadisə yerinə çatanda Krift artıq ölüb.

Uçqun altında daha 2 nəfər də qalsa da, onların həyatını xilas etmək mümkün olub. 

.