Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Görüşün protokol hissəsində Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını söyləyib.
Bildirib ki, 2025-ci ilin yekununa görə, Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.
Putin Rosatom-un 2026-cı ildə Akkuyu AES blokunu işə salacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir.
Türkiyə lideri isə çıxışında Ankara-Moskva münasibətlərinin əvvəlkindən daha yüksək səviyyədə olduğunu söyləyib.
Qeyd edib ki, Akkuyu AES istismara verilməsinin son mərhələsindədir.
Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.
.
