2022-ci ildə Azərbaycanda icmal büdcənin gəlirləri 38,7%, 2023 və 2024-cü illər üzrə isə 39% artacaq.

Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.

BVF 2025-ci il üzrə bu göstəricinin 36,4%, 2026-cı il üzrə 33,1%, 2027-ci il üzrə isə 31,4% artacağını proqnozlaşdırıb.

İcmal büdcənin ümumi xərcləri isə bu il üzrə 29%, 2023-cü ildə 30,2%, 2024-cü ildə 31,7% artacaq. 2025, 2026, 2027-ci illər üzrə isə artım müvafiq olaraq 32,9%, 33,3% və 33,6% təşkil edəcək.

Fond 2022-ci il üzrə icmal büdcənin cari xərcləmələrinin 21,6% artacağını proqnozlaşdırıb. 2023-2027-ci illər üzrə isə bu göstərici 23 -26,9% arasında artacaq.

.