Belarus ərazisində Ukrayna ilə bağlı danışıqlar aparmağa hazırdır.

Bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik "RİA Novosti"yə müsahibəsində bildirib.

Nazir bildirib ki, hər şey Kiyevin siyasi iradəsindən asılıdır.

"Biz Belarusda danışıqlara ev sahibliyi etməyə həmişə hazırıq. Ümid edirik ki, bu, sülhün bərpasına və Ukraynada qan tökülməsinə son qoyulmasına kömək edəcək", - diplomat vurğulayıb.

Daha əvvəl Belarus Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İsveçrənin Ukrayna üzrə danışıqlar təşəbbüsü heç bir məna kəsb etmir.

.