Bakıda müştəri kafedə işləyən ofisiant qadını öldürüb. Kafedən çıxarkən kişinin qadına vurduğu bir zərbə onun həyatdan getməsinə bəs edib.
Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə ötən gecə Səttar Bəhlulzadə küçəsi 4 ünvanında yerləşən kafedə baş verib. Kafenin müştərisi Sadiq Süleymanovla oranın işçisi olan 39 yaşlı Rusiya vətəndaşı Maya Asxadova arasında mübahisə düşüb.
Sadiq əsəbləşərək yumruqla qadının çənəsinə zərbə vurub. Çənəsi yerindən çıxan qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olma (126.3-cü) maddəsi ilə cinayət işi başlanıb.
.