Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilməsinə başlanılıb.
Məlumata görə, artıq Azadlıq meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.
Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.
Mühafizəçi "Trend"in əməkdaşı ilə söhbətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.
.
