“Azərbaycan Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərməlidir.

.