Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının idxalı artıb.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan - təxminən üç dəfə, Türkmənistan - təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız idxalı 10 dəfə artıb”, - Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") region üzrə rəis müavini Svetlana Terexova bildirib.

Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz idxal edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.

Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya idxalında payı 40 %-dən 80 %-ə yüksəlib.

Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.

.