Azərbaycanda 2014-cü il də daxil olmaqla, qeydiyyata alınan narkomanların yaş qrupları açıqlanıb.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabatında qeyd edilib ki, qeydə alınmış narkomanların 1344 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 4,74%) 15-17 yaşda olan şəxslərdir.
Digər yaş qruplarına gəlincə, qeydə alınmış narkomanların 3893 nəfərini (13,72%) 18-24 yaş, 4147 nəfərini (14,61%) 25-29 yaş, 4296 nəfərini 30-34 yaş, 3415 nəfərini (12,03%) 40-44 yaş, 3023 nəfərini (10,25%) 45-49 yaş, 2531 nəfərini ( 8,92%) 50-54 yaş, 2227 nəfərini (7,85%) 55-59 yaş, 2014 nəfərini (7,09%) 60-64 yaş, 1482 nəfərini (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə qeydiyyata alınan narkomanların sayı 28376 nəfərə çatıb.
.
