Azərbaycanda şəhər və rayonların kadastrlarının hazırlanması işləri yekunlaşandan sonra həyət evlərinin sənədləşdirilməsi məsələsi müaviq qurumlarla müzakirə ediləcək. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında həyət evlərinin sənədləşdirilməsi məsələsinə toxunarkən deyib: "Hansı sahələrdə mümkündürsə, həmin tikitilərin sənədləşdirilməsi haqqında qərar veriləcək".
Komitə rəsmisi həmçinin jurnalistlərə verilən mənzillərin çıxarışlarının növbəti həftədən etibarən veriləcəyini də deyib: "Növbəti həftə sənədləşmə işlərinin başlanacağını düşünürük. Hesab edirəm ki, "kütləvi çixarış" kampaniyasi çərçivəsində jurnalistlərin də evləri sənədləşdiriləcək".
.
