2026-cı ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 5 bərpa, tikinti və idarəetmə xidmətinə ümumilikdə 20,429 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 48,7 % və yaxud təxminən 2 dəfə azdır.
Gələn il bu xərclər büdcə xərclərində 0,05 % paya malik olacaq.
|
№ |
Xidmətin adı |
Dövlət büdcəsindən ayrılan vəsait (milyon manat) |
|
|
2026-cı il |
2025-ci il |
||
|
1 |
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" |
5,074 |
9,553 |
|
2 |
"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" |
3,350 |
6,9 |
|
3 |
"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" |
2,456 |
4,890 |
|
4 |
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" |
7,289 |
13,587 |
|
5 |
"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" |
2,260 |
4,889 |
|
Cəmi |
20,429 |
39,819 |
