“Sabah” UEFA Çempionlar Liqasındakı növbəti qələbəsi ilə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə növbəti töhfə verib.

 Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Uelsin TNS klubunu 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində Azərbaycanın UEFA ölkə reytinqinə daha 0,250 əmsal əlavə olunub. Bununla da ölkəmizin 2026/2027 mövsümü üçün topladığı əmsal 1,000-ə yüksəlib.

Hazırda Azərbaycan 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Ölkəmiz 27-ci sıradakı Bolqarıstanı (18,312) qabaqlayır, 25-ci yerdə isə İsrail (20,750) qərarlaşıb.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” iki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti raundda Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.

.