Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu oyununu keçirəcək.

Yenizaman.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşacaq. Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

.