Azərbaycanın daha bir güləşçisi dünya çempionatında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatının final görüşündə Özbəkistan təmsilçisi Bunyod Həsənova məğlub olaraq ikinci yeri tutub.

Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı 5-ə çatıb.

Daha əvvəl Əli Cavadlı (45 kq), İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

.