Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci il noyabrın 1-nə olan reytinq cədvəlini təqdim edib.

"Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Reytinq siyahısında birinci pillədə Ülvi Qənizadə, ikinci Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi), üçüncü sırada isə Giorgi Meşvildişvili (sərbəst güləş) yer alıb. Hər üç idmançı 400 xala malikdir.

Cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyev 350 xalla dördüncüdür. Beşinci pillədə 340 xalla sərbəst güləşçi Osman Nurmaqomedov yer alıb.

Növbəti sıralarda Zelim Tçkayev (cüdo, 330 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal), Elcan Hacıyev (cüdo, 310 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250 xal), Arseniy Djioyev (sərbəst güləş, 250 xal) qərarlaşıblar.

.