Qazaxıstan Qurultayının deputatları Prezident Administrasiyasının sabiq rəhbəri Aybek Dadebayı yeni qanunverici orqanının sədri seçiblər.
"Kazinform xəbər verir ki, gizli səsvermənin yekunlarına əsasən, onun namizədliyini 138 deputat dəstəkləyib.
Dadebay ona göstərilən etimada görə həmkarlarına təşəkkür edib.
Qazaxıstan Konstitusiyasının 57-ci maddəsinə əsasən, Qurultay sədri vəzifəsinə namizədi deputatlar arasından prezident irəli sürür. Sədr Qurultay deputatlarının ümumi sayının səs çoxluğu və gizli səsvermə yolu ilə seçilir.
.
