
Avstraliya, Filippin və Kanada Cənubi Çin Dənizində birgə patrul həyata keçirib.
APA bu barədə “Reuters“-ə istinadən xəbər verir.
Filippin üçtərəfli patrulun heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.
Xatırladaq ki, ötən həftə Çin donanması ABŞ destroyerini mübahisəli əraziyə daxil olduğuna görə Cənubi Çin Dənizindən uzaqlaşdırmışdı.
.