Dünyanın siyasi həyatında baş verən təlatümlər, ərazi, dini münaqişələr, vətəndaş müharibələri və nəhayət bu gün siyasi gündəmi zəbt edən miqrant problemi. Suriya, Livan və digər ölkələrdə siyasi güclərin demokratiya adı altında şərqdə yeritdikləri siyasətin qurbanları günahsız insanlar Avropaya üz tutub, o cümlədən insan haqlarının pozulduğu və siyasi mənsubiyyətinə görə təqibə məruz qalan keçmiş post sovet respublikalarının vətəndaşları da məcburiyyətdən normal yaşayış üçün Avropanı seçməli olurlar.
Təəssüf ki, ölkəmizi bu səbəbdən tərk edənlərin arasında Müsavat partiyasının üzvləri olan və hazırda harada məskunlaşdıqları bilinməyən vətəndaşlarımız da çoxdur. Redaksiyamızla əlaqə saxlayan oxucularımız da miqrant ailə üzvlərinin taleyindən çox narahat olduqlarını bildirirlər. Söhbətova (Əliyeva) Samirə Yusif qızı Müsavat partiyasının üzvü kimi təqiblərdən yaxa qurtarmaq üçün Avropaya üz tutub, ancaq orada da haqı tanınmayıb. Geriyə vətənə qayıdacağı təqdirdə təqiblərin davam edəcəyini bilən S.Söhbətova və yaxınları bizdən kömək umurlar. Digər müsavatçı ailəsi Cəfərov Arif Zakir oğlu, xanımı və övladları ilə bir neçə il əvvəl ölkəmizi tərk ediblər. Hazırda axtarışdadırlar. "Nida” gənclər təşkilatının fəalı Gülməmmədova Aytən kamil qızı, bacısı Gülməmmədova Rəna Kamil qızı, qardaşı Gülməmmədov Elnur Kamil oğlu və anası Gülməmmədova Xatirə Talıb qızı neçə illərdir ölkəyə qayıda bilmirlər. Yeni mühacirət edənlərdən Quluzadə Fariz Yusuf oğlu da həmin aqibəti yaşayanlardandır. Doğmaları onların taleyindən çox narahatdırlar.
Düşünürük ki, dövlət hər bir vətəndaşına sahib çıxmalı, onların haqq və hüquqlarını qorumalıdır.
.
