Avropa İttifaqı Şurası və Avropa Parlamenti silah alışını, müdafiə layihələrini və Avropa istehsalçıları arasında əməkdaşlığı sürətləndirəcək yeni sadələşdirilmiş qaydalarla bağlı ilkin razılığa gəlib.
Aİ Şurası verdiyi xəbərə görə, razılaşma silah alışı və icazələrin verilməsi zamanı bürokratik prosedurları azaltmağa, müdafiə məhsullarının Aİ ölkələri arasında daşınmasını sadələşdirməyə və birgə satınalma imkanlarını genişləndirməyə şərait yaradacaq.
Əsas dəyişikliklərdən biri müdafiə layihələri üçün icazələrin verilmə müddətinin 102 iş günü ilə məhdudlaşdırılması olacaq.
Yeni qaydaların Aİ ölkələrinə müdafiə layihələrini daha tez başlatmağa, satınalmaları bir-biri ilə daha asanlıqla koordinasiya etməyə və qərarların qəbulundan silah və hərbi texnikanın tədarükünə qədər olan müddəti qısaltmağa kömək edəcək. Bununla da 2030-cu ilə qədər Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi planlarına nail olmaq nəzərdə tutulur.
.
