Avropa Mərkəzi Bankı (ECB) iyun iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib. ECB depozitlər üzrə faiz dərəcəsini 0,5%, qısamüddətli kreditlər üzrə faiz dərəcəsini isə 0,25% səviyyəsində saxlayıb.

Bununla bağlı qərar bankın İdarəetmə Şurasının iclasında qəbul edilib. Bundan əlavə, ECB bu il və gələn il üçün inflyasiya proqnozlarını artırıb. Müvafiq olaraq, 2022-ci il üçün inflyasiya proqnozu 5,1 faizdən 6,8 faizə, 2023-cü il üçün proqnoz 2,1 faizdən 3,5 faizə, 2024-cü il üçün proqnoz isə 1,9 faizdən 2,1 faizə yüksəldilib.

.