
Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pittin ona hədiyyə etdiyi - Uinston Çörçillin II Dünya Müharibəsi zamanı çəkdiyi rəsm əsərini hərraca çıxaracaq.
Bu barədə “Forbes” məlumat verib.
Qeyd olunur ki, B.Pitt nadir sənət əsərini aktrisaya 2011-ci ildə bağışlayıb.
Məlumata görə, hazırda sənət əsərinin qiyməti iki milyon ABŞ dollarından başlayır.
Qeyd edək ki, məşhur cütlük 2016-cı ildə boşanmaq qərarı verib.
.