Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada aparılan danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammitin təşkili və keçirilməsi mövzusu müzakirə olunmayıb.

Yenizaman Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, dünən Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitinə yekun vurulduqdan sonra iki liderin yeni ikitərəfli görüşünün təşkili ilə bağlı qərar qəbul ediləcək.

"ABŞ Prezidenti həmkarları ilə əlaqə saxlayacağını və indiki danışıqların nəticələrini onlarla müzakirə edəcəyini söyləyib. Bundan sonra nə edəcəyimizə qərar verəcəyik", - Y.Uşakov qeyd edib.

.