"Almaniya üçün Alternativ" partiyası Almaniyada sosioloji sorğunun nəticələrinə görə liderlik edir.
Bu, RTL və NTV telekanallarının sifarişi ilə "Forsa" xidmətinin apardığı tədqiqatın məlumatlarında əks olunub.
Nəticələrə görə, AfD sorğuda iştirak edənlərin 27 %-nin rəğbətini qazanıb, respondentlərin 20 %-i "Xristian Demokratik və Xristian Sosial İttifaqları" siyasi partiyalar blokunu dəstəkləməyə hazırdır. Hazırda reytinqi 18 %-ə yüksələn "Yaşıllar" üçüncü yerdədir, sorğu iştirakçılarının 12 %-i Sol Partiyaya, bir o qədər iştirakçı isə Almaniya Sosial-Demokrat Partiyasına səs verməyə hazırdır.
Ölkə vətəndaşlarının kansler Fridrix Mertsin işindən narazılığı yeni rekord həddə çatıb. Respondentlərin yalnız 10%-i - ötən həftədəkindən 3 faiz bəndi az olmaqla - hökumət başçısının fəaliyyətini müsbət qiymətləndirib. Bu, "Forsa" tərəfindən indiyə qədər qeydə alınmış ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 88%-i Mersin işindən narazıdır. Qalanları isə cavab verməkdə qərarsız qalıblar.
Sentyabrın 8-dən 14-dək aparılan tədqiqatda 2 502 nəfər iştirak edib.
.
