“Qonşumuz İranda baş verənlər Türkiyə və Azərbaycanı da çox yaxından maraqlandırır. İranın təhlükəsizliyi, sabitliyi və rifahı təbii olaraq regionumuza birbaşa təsir edir. Bu baxımdan mövcud münaqişənin bir an əvvəl diplomatik yollarla həllini tapmasını istəyirik”.
Bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son dövrdə artan qarşılıqlı hücumlar sülh səylərinə ciddi zərbə vurur.
“Regionda gərginliyi artıran bu əməllərə dərhal son qoyulmalıdır. Eyni zamanda Hörmüz boğazında gəmilərin təhlükəsiz, fasiləsiz və sərbəst keçidinə icazə verilməli və müharibədən əvvəlki status-kvoya bir an əvvəl qayıdılmalıdır. Böhranın həlli, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün aidiyyəti bütün tərəflərlə təmaslarımızı fasiləsiz davam etdiririk”, - XİN rəhbəri əlavə edib.
.
