Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulunun vaxtını açıqlayıb. Komissiyadan Lent.az-a verilən məlumata görə, I- IV qruplar üzrə ərizə qəbulu 1- 30 aprel tarixlərində, V qrup üzrə isə 5- 18 may tarixlərində həyata keçiriləcək.
Qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) aprelin 15–dən 30-dək, V qrup üzrə isə mayın 6-dan 19-dək baş tutacaq.
Boş qalan yerlərə ixtisas seçiminin (I- V qruplar) - 14- 19 avqust tarixlərində həyata keçirilməsi nəzərdə tutulub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması martın 1-dən 31-dək olacaq.
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
-Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 07 iyul
-qəbul imtahanı (əvvəlki illərin məzunları)- II və III qruplar üzrə - 17 may
-qəbul imtahanı (əvvəlki illərin məzunları)- I və IV qruplar üzrə - 24 may
-qəbul imtahanı (cari ilin məzunları)- I və IV qruplar üzrə - 14 iyul
-qəbul imtahanı (cari ilin məzunları)- II və III qruplar üzrə - 25 iyul
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul- 05 avqust
-xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul- 05 avqust
-ixtisas seçimi (I- V qruplar) - 30 iyul- 11 avqust
.
