Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri avqustun 29-30-da Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstək üçün istifadə imkanını müzakirə edəcəklər.

Bu barədə Rusiya KİV-ləri Almaniya xarici işlər naziri Yohann Vadefula istinadən məlumat yayıb.

"Bu, Kopenhagendə nazirlərin qeyri-rəsmi görüşündə müzakirə ediləcək mövzulardan biri olacaq. Mürəkkəb hüquqi məsələləri aydınlaşdırmaq lazımdır", - o bildirib.

.