Avropa İttifaqı (Aİ) və Hindistan bu ilin sonunadək Azad Ticarət Sazişi imzalayacaq.

Bu barədə Aİ Şurasının sədri Antonio Koşta Hindistanın Baş naziri Narendra Modi ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

"İlin sonunadək biz Azad Ticarət Sazişini imzalayacağıq. Həmçinin investisiya sazişi üzərində işi sürətləndirəcəyik. Biz təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəyik və IMEC-i (Hindistan - Yaxın Şərq - Avropa iqtisadi dəhlizi) təşviq edərək əlaqələri yaxşılaşdırmaq üçün səylərimizi birləşdirəcəyik", - Koşta yazıb.

.