Avropa İttifaqının (Aİ) formalaşdırmağa başladığı 19-cu sanksiya paketi ətrafında bütün danışıqlar məxfidir.

Bunu jurnalistlərə Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Biz bu istiqamətdə işin başladığını yalnız təsdiq edə bilərik, bu mərhələdə heç bir təfərrüatı açıqlaya bilmərik. Lakin əsas element odur ki, Rusiyaya təzyiqimiz işləyir. Məhz buna görə onlar bizim sanksiyalardan qurtulmaq istəyirlər”, - Hipper deyib.

Avropa Komissiyasının nümayəndələri Almaniya Kansleri Mertsin çağırdığı və ABŞ Prezidenti Tramp və NATO-nun Baş katibi Rüttenin qoşulmasının gözlənildiyi sabahkı onlayn görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat verə bilməyiblər.

Rusiyanın dondurulmuş aktivləri ətrafında müzakirələrin planlaşdırılması və onların RF ilə danışıqlarda element kimi istifadə edilməsi mümkünlüyü barədə suala Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu məsələ ilə bağlı spekulyasiya etməyəcəyini deyib: “Bu, bizim bu mərhələdə spekulyasiya edə biləcəyimiz bir şey deyil. Əlbəttə ki, dondurulmuş aktivlər və ya onlardan gələn gözlənilməz gəlir komissiya tərəfindən Ukraynaya dəstək üçün istifadə edilir", - o bildirib.

.