Avropa İttifaqının (Aİ) enerji nazirləri bu qış təbii qaza olan tələbatın 15%-dək azaldılması ilə bağlı siyasi razılığa gəliblər.

Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Qeyd olunub ki, tələbatın azaldılması könüllüdür, lakin tədarükün təhlükəsizliyində problem olarsa, məcburi ola bilər.

Bəyanatda vurğulanıb ki, Şura bu gün təbii qaza olan tələbatın 15%-dək azaldılmasını nəzərdə tutan tənzimləməni yazılı prosedurla qəbul edib. Qərarın iyulda əldə edilən siyasi razılığın ardınca qəbul edildiyi və şuranın rəsmi jurnalında dərc olunacağı, növbəti gün qüvvəyə minəcəyi bildirilib.

Qərar 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-nə qədər olan dövrü əhatə edəcək.

.