Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar ümumi investisiya dəyəri 60 mln. manatdan çox olan 15 layihə təqdim edib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir bildirib ki, hazırda baxılan bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.

.