
ABŞ Ukraynada müvəqqəti fasilələr yox, daimi atəşkəs görmək istəyir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
"Mənim başa düşdüm ki, Prezident (Vladimir) Putin bu səhər müvəqqəti atəşkəs elan edib. Prezident (Tramp) daimi atəşkəs görmək istədiyini açıq şəkildə bildirib", - o qeyd edib.
Ağ Ev sözçüsü bildirib ki, Prezident Tramp razılığın əldə olunacağına nikbin baxsa da, eyni zamanda realistdir: “Prezident Donald Tramp hələ də münaqişəyə son qoymaq perspektivlərinə nikbin baxır.”