Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Bundan başqa, “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə 2-ci dəfə yaşanıb. Bu üzdən bakılılar 6000 manat cəriməyə məruz qalıb.

Azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyindən, “Neftçi” daha 3000 manat cərimə edilib.

.