Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Mariano Qrossi İsrail ilə İran arasında davam edən gərginliklə bağlı tərəflərə müraciət edib.

Bu barədə AEBA-nın “X” səhifəsində yazılıb.

R.Qrossi tərəfləri təmkinli olmağa çağırıb:

“Nüvə obyektləri heç vaxt hədəf olmamalıdır. Vəziyyəti çox diqqətlə izləyirik”.

AEBA rəhbəri həmçinin ötən gecə baş verən hücumlar nəticəsində İranın nüvə obyektlərinə ziyan dəymədiyini təsdiqləyib.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.

İsrail isə gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

.