Sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Yayılan məlumatlara görə, yanacaq verilişi “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Bildirilir ki, Xaçmaz Neft Terminalı Bazasının məsul şəxsinin sözlərinə görə, bazada yanacaq ehtiyatı olsa da, Bakıdan yanacağın verilməməsi ilə bağlı tapşırıq daxil olub.

Məsələ ilə bağlı “APA-Economics” “SOCAR Petroleum” QSC-yə sorğu ünvanlayıb. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb:

"Məlumatlarda bildirilir ki, “Azpetrol” istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Yayılan məlumatlara görə, yanacaq verilişi “SOCAR Petroleum” QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Bildirilir ki, Xaçmaz Neft Terminalı Bazasının məsul şəxsinin sözlərinə görə, bazada yanacaq ehtiyatı olsa da, Bakıdan yanacağın verilməməsi ilə bağlı tapşırıq daxil olub", - deyə açıqlamada deyilir.

.