ABŞ və Rusiya maliyyə nazirləri Skott Bessent və Anton Siluanov G20 iclası çərçivəsində keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə dair sülh planını müzakirə edirlər.

Bu barədə "FOX Business" jurnalisti Edvard Lourens "X" sosial şəbəkəsində bildirib.

"G20 kuluarlarından FOX Business-in ilk məlumatı: ABŞ maliyyə naziri Skott Bessent hazırda Rusiyanın maliyyə naziri ilə görüşür. Bessent prezident Trampın Ukrayna üzrə 28 bənddən ibarət sülh planını irəli sürür", - o yazıb.

.