ABŞ Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib.

Sənədin lehinə 50, əleyhinə isə 48 senator səs verib.

Qətnamədə Prezident Donald Trampa Konqres tərəfindən təsdiqlənməyən və ABŞ-ın müdafiəsi üçün zəruri olmayan hərbi əməliyyatlardan Amerika Silahlı Qüvvələrini geri çəkmək tövsiyə olunur.

Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

ABŞ administrasiyası onu nəzərə almaya bilər.

.