ABŞ 33 ildən sonra ilk dəfə olara nüvə silahlarını sınaqdan keçirəcək.

Yenizaman ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Başqa ölkələr sınaq proqramları keçirir. Mən müharibə nazirliyinə göstəriş verdim ki, bərabər qaydada bizim nüvə silahlarımızın da sınaqlarına başlanılsın. Bu proses dərhal başlayacaq. Dünyada ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin üçüncü yerdədir. Amma, 5 il ərzində bərabər olacağıq” Tramp qeyd edib.

.