ABŞ-nin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.

Bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Palata Ukraynaya 61 milyard dollara yaxın əlavə yardım haqqında qanun qəbul edib.

Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.

Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.

Ukraynaya ayrılan yardımın yönəldiləcəyi sahələr məlum olub

Ukraynaya ayrılan maliyyə yardımın yönəldiləcəyi sahələr məlum olub.

Bu, Nümayəndələr Palatasının qəbul etdiyi qanunda əksini tapıb.

Sənəddə göstərilib ki, məbləğin 49,9 milyard dolları müdafiə xərclərinə, 7,8 milyard dolları isə dövlət büdcəsinə dəstək məqsədilə sərf olunacaq.

Sözügedən məbləğin 1,57 milyardı Ukraynaya iqtisadi yardım, 400 milyon dolları isə sərhədlərin mühafizəsi və humanitar minatəmizləmə xərcləri qismində veriləcək.

.