
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Dallas ştatında Miqrasiya və Gömrük Polisinin (ICE) binası yaxınlığında baş verən hadisəni qınayıb.
O, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Hüquq-mühafizə orqanlarına, xüsusilə ICE-ə qarşı təkrarlanan hücumlar dayanmalıdır", - o qeyd edib.
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkələrdə bildirib ki, hücum edən özünə qəsd edib.
.