ABŞ Prezidenti Donald Tramp Çinlə əməkdaşlığa görə Kanadanı 100 % tariflərlə hədələyib.
O, bu barədə "Truth Social" hesabında paylaşım edib.
ABŞ Prezidenti, Kanadanın Baş naziri Mark Karniyə bu razılaşmanın ölkəsini təhlükəyə atacağı barədə xəbərdarlıq edib.
"Çin Kanadanı diri-diri yeyəcək, tamamilə udacaq, o cümlədən onların biznesini, sosial quruluşunu və ümumi həyat tərzini məhv edəcək", - deyə paylaşımda qeyd olunub.
.
