“Biz Rusiya və Ukrayna arasındakı vəziyyəti sülh yolu ilə həll etməyə üstünlük veririk”.

“RİA Novosti” bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken yanvarın 19-da Ukraynanın paytaxtı Kiyevdə deyib.

“Diplomatik, sülh yolu ilə müzakirələrin davam edəcəyinə səmimi qəlbdən ümid edirəm. Rusiya dəfələrlə bəyan edib ki, o, Ukraynaya hücum etmək niyyətin deyil”, - o bildirib.

Qeyd edək ki, Entoni Blinken Ukraynada səfərdədir.

.