ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri artıq 27 milyard dolları ötüb.
Bu barədə ABŞ-nin "Epik qəzəb" əməliyyatının xərclərini araşdıran "Iran War Cost Tracker" analitik layihəsinin məlumatlarında qeyd olunub.
Hesablamalara görə, münaqişənin ilk altı günündə Vaşinqton təxminən 11,3 mlrd. dollar xərcləyib, bundan sonra isə gündəlik xərclər təqribən 1 mlrd. dollar təşkil edib.
Eyni zamanda bildirilib ki, qoşunların yerdəyişməsi və texnikanın istifadəsi, yararsız vəziyyətə düşməsi kimi əlavə xərclər nəzərə alınmayıb. Bununla əlaqədar olaraq real xərclər xeyli çox ola bilər.
.
