ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu endirib.

EİA verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 670 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 30 min azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 690 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (mayday verilib – red.) göstəricisi ilə müqayisədə 30 min barel azalma deməkdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olara 700 min barel və 780 min barel səviyyəsində olub.

.