Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 1-ci sayında 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna aid rəsmi və metodiki materialları təqdim edib.
TQDK-dan verilən məlumata görə, hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu materiallarla diqqətlə tanış olub öz fəaliyyətini bunların tələblərinə uyğun qurmalıdır.
Jurnalda 2015/2016 - cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ,Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası, Hərbi liseylərə qəbul imtahanı proqramları öz əksini tapıb.
.
