2015-ci il sentyabr ayının statistikasına görə, gün ərzində "Facebook”a daxil olanların sayı 1 milyard nəfəri keçib.

Avropa.info xəbər verir ki, bu haqda şirkətin hesabatında deyilir. Bu keçən il ilə müqayisədə 17% çoxdur. 894 milyon istifadəçi sosial şəbəkəyə öz mobil telefonlarından daxil olurlar.

Bundan əlavə gün ərzində 500 milyon nəfərlik auditoriya 8 milyard dəfə videoya baxır. Bu aprel ayı ilə müqayisədə iki dəfə çoxdur.

Giriş sayları "Facebook”un gəlirlərini də artırıb. Ümumi gəlir 4,5 milyard dollar olub. Bu keçən ilə müqayisədə 40% çoxdur. Şirkətin təmiz gəliri 1,5 milyard dollar təşkil edib. "Facebook” aksiyalarının bir dənəsi öz tarixində ilk dəfə 100 dolları keçib.

.